"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Nəsimi bələdiyyəsində “Qafqaz Türk-islam Ordusunun Bakı zəfərinin 100 illiyi”nə həsr olunmuş iclas keçirilib

--2018-09-14 / 16:10

Bu gün Nəsimi bələdiyyəsində bələdiyyə üzvlərinin və qulluqçularının iştirakıyla  “Qafqaz Türk-islam Ordusunun Bakı zəfərinin 100 illiyi”nə həsr olunmuş iclas keçirilib.

iclasda Nəsimi Bələdiyyəsinin sədri Nazim Qaraxanov 15 sentyabr tarixinin Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malik olduğunu qeyd edərək, Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz islam Ordusunun Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə apardığını, nəticədə Bakının düşməndən azad edildiyini bildirib.

Nəsimi bələdiyyəsi də bu mühüm tarixi bir hadisəsinin yüksək səviyyədə qeyd etməsi üçün xüsusi olaraq həmin gün üçün tədbirlər planı hazırlayıb.

Sədrin sözlərinə görə, keçiriləcək tədbirlərdə hər bir bələdiyyə üzvü seçiciləriylə görüşlər keçirməli və bu tarixi hadisənin mühüm əhəmiyyəti barədə fikrilərini   bölüşməlidirlər.

Sədr xüsusəndə gənclər arasında Qafqaz islam Ordusu və onun Bakının azad edilməsi istiqamətində apardığı mübarizə barədə məlumatlılığı artırmağın vacib olduğunu vurğulayıb.

iclas iştirakçıları çıxış edərək Qafqaz islam Ordusunun Bakını daşnak-bolşevik işğalından azad etməsinin tarixi barədə danışaraq irəli sürülən təkliflərə dəstək verdiklərini bildiriblər.

iclasda yekun sözlə çıxış edən sədr Nazim Qaraxanov Nəsimi RiH-in təşəbbüsü və Nəsimi Bələdiyyəsinin maliyyə dəstəyi ilə istifadayə verilən “izmit” Parkının ikinci hissəsinin açılışının bu günlərdə keçiriləcəyini bidlirib.

Belediyye.info

ŞƏRHLƏR